HANSI İLAN ÇALIB (VURUB)
HARAM ELƏMƏK
OBASTAN VİKİ
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Kelaynak quşu
Qu quşu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. == Xarici görünüşü == Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. == Növləri == Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) == İstinadlar == == Ədəbiyyat == Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Simurq quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Simurğ quşu

Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Tovuz quşu
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. == Qısa təsviri == Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır.
Zümrüd quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
Adi tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Amerika qu quşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Cənnət Quşu (bürc)
Cənnət Quşu (lat. Apus) — göyün cənub yarımkürəsində bürc.
Dövlət quşu (roman)
Dövlət quşu — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. == Məzmun == Az sayda yazıçılar hələ sağ ikən klassiklər arasında öz yerini tutur. Orxan Kamal da bu yazıçılardan biridir və bütün bu illər onun dəyərini və oxucusu ilə qurduğu yaxın münasibəti heç vaxt azaltmayıb. Orxan Kamal, bu gün yazılan kimi təzə olan mətnləri təhlil edə bilən dərin müşahidəsi və illər öncəki günümüzü təhlil edə bilən dərin müşahidəsi ilə zənginlikdən yer tutmağa çalışanların ziddiyyətli hekayələrini də danışır. "Dövlət quşu" sevgisi ilə ailəsinin sərvət həsrəti arasında qalan gecəqondudan bir gəncin hekayəsidir. Əsgərlikdən sonra iş tapa bilməyən yaraşıqlı Səyyah Mustafa işsiz dostları ilə günlərini Taşkasaplının kafesində keçirir. O, qonşu qızı Aynuru sevir, amma ona təklif edəcəyi heç nə yoxdur. Evləri ilə üzbəüz torpaq sahəsində mənzil tikintisinə başlayan qara marketçi Zülfikarın eybəcər qızı Hülya bunu görən an Mustafaya aşiq olub. Bu elə bir ehtirasdır ki, Zülfikar Mustafanı qızına ərə verməyə məcbur edir. Gənc bununla razılaşmaq istəmir, amma anasının təzyiqi ilə əvvəlcə qara bazarda işləməyə, sonra qızı ilə evlənməyə razılaşır.
Fısıldayan qu quşu
Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Hindistan tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Kiçik qu quşu
Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər. == Qısa təsviri == Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir . == Yayılması == Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır.
Kəkilli tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Qara qu quşu
Qara qu (lat. Cygnus atratus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qaraboyun qu quşu
Cygnus melancoryphus (lat. Cygnus melancoryphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qu quşu (bürc)
Qu (lat. Cygnus) — göyün şimal yarımkürəsində ulduz bürcü.
Qırmızıqanad mərcimək quşu
Tovuz quşu dağı
Tovuz quşu dağı (lat. Pavonis Mons) — Marsda sönmüş vulkan, Farsida əyalətində, Martian ekvatorunun yaxınlığında yerləşir. Vulkanın şimalında Askriys dağı vulkanı və cənubunda isə Arsiya dağı vulkanı yerləşir. Günəş sistemindəki ən yüksək dağ olan, Olymp, şimal-qərbdə yerləşir. Tovuzquşu təpəsi Mars səthindən 14 km yuxarıda yerləşir, üstəlik atmosfer təzyiqi təxminən 130 Pa təşkil edir. Müqayisə üçün, Everest Yer üzündə ən yüksək dağdır və dəniz səviyyəsindən 8,8 km yüksəklikdədir. Daha incə şərq yamacında elliptik və ya boşluqlar zənciri mövcuddur. Bütün bunlar tektonik pozuntularla əlaqədar dağılmalar nəticəsində meydana gəlmişdir. Boşluqlar hər tərəfində uçurum süxurların bir parçalanmasıdır. Ümumiyyətlə, bu cür obyektlər maqma və ya tektonik qüvvələrin hərəkəti nəticəsində qaya sürüşməsi baş verir.
гренки гуммила́стиковый окороко́вый подви́жница прикро́йка самореклами́рование своя́ченица скорёжить спрова́живаться алкоголи́ческий патрона́ж перепи́счик портя́ночный правомо́чность серафи́м склади́рование фриве́й шля́мбур жабра стожары genetrix mesquit Midland theatral ходячий